07/12/2019
17:29
2060
| A A A
Futbolçular Sulşerin qalmasını istəyirlər

Manchester United-in futbolçuları rəhbərlikdən Ule Qunnar Sulşeri baş məşqçi postundan istefaya göndərməməyi xahiş ediblər.

Goal.az xəbər verir ki, bu barədə söhbət "qırmızı şeytanlar"ın Tottenham üzərində 2:1 hesablı qələbə qazandıqları XV tur matçından öncə aparılıb. Onlar norveçli mütəxəssisin klubu irəli aparmaq üçün ən münasib baş məşqçi olduğunu bildiriblər.

Qeyd edək ki, Ule Qunnar Sulşer Manchester United-ə 2018-ci ilin dekabrında baş məşqçi təyin olunub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11879 səs