15/12/2019
17:29
3494
| A A A
Çağlar Söyüncü ən sürətli oldu

İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Leicester-in müdafiəçisi Çağlar Söyüncüdür. Türkiyə millisinin üzvü saatda 37,49 km sürətlə bütün rəqiblərini qabaqlayıb.

23 yaşlı futbolçu bu göstərici ilə ötən mövsümün nəticəsini də yaxşılaşdırıb. Belə ki, 2018-2019 mövsümündə İngiltərə çempionatının ən sürətli oyunçusu Manchester United-ə məxsus olan və icarə əsasında Fulham-də çıxış edən Timoti Fosu-Mensa olmuşdu - 33,8 km/s.

Cari çempionatda Çağlardan sonra ən yaxşı göstərici Southampton-un hücumçusu Şeyn Lonqa məxsusdur. XVI turun Newcastle-a oyununda (1:2) 32 yaşlı forvardın sürəti saatda 37,33 km-ə çatıb. Manchester City-nin futbolçuları Fil Foden (37,12 km/s) 3-cü, Kayl Uoker (36,85 km/s) isə 4-cüdür.