15/12/2019
20:22
2539
| A A A
Özilə görə Arsenal-ın oyunu boykot edildi

Çinin CCTV telekanalı İngiltərə Premyer Liqasının XVII turunda bu gün keçiriləcək Arsenal - Manchester City oyununu canlı yayımlamayacaq.

Goal.az xəbər verir ki, dövlətə məxsus olan ölkənin əsas telekanalı sözügedən qarşılaşmanın əvəzinə eyni sastda start götürəcək Wolverhampton - Tottenhem görüşünü göstərəcək.

İddiaya görə, telekanalın bu addımı Arsenal-ın yarımmüdafiəçisi Məsut Özilin dünənki paylaşımı ilə bağlıdır. Türk əsilli alman futbolçu şəxsi İnstagram səhifəsində Çinin Şərqi Türküstandakı insanlara qarşı etdiyi haqsızlıqdan yazmışdı. CCTV-nin məhz bu amilə görə Arsenal-ın oyununu boykot etdiyi bildirilir.

Qeyd edək ki, Arsenal - Manchester City oyunu Bakı vaxtı ilə 20:30-da başlayacaq.