16/02/2020
13:49
4053
| A A A
Simeone Premyer Liqaya keçə bilər

Chelsea-də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.

Goal.az xəbər verir ki, London klubu hazırkı çalışdırıcı Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə Atletico-nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.

Madrid təmsilçisi də Simeonenin fəaliyyətindən narazıdır. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal olunur.

Chelsea əvvəllər də Simeonenin xidmətində maraqlı olsa da, argentinalı çalışdırıcı ingilis dilini bilmədiyi və Atletico-da qalmaq istədiyi üçün təklifi rədd etmişdi.