09/03/2020
13:12
2303
| A A A
Salah Ouenə çatdı

Liverpool İngiltərə Premyer Liqasının 29-cu turunda Bournemouth-u məğlub edib.

Goal.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə komandasının ilk qolunu vuran Məhəmməd Salah yeni uğura imza atıb. Belə ki, misirli hücumçu ardıcıl üç mövsümdür ki, Liverpool-la 20-dən çox qol vurur.

Bu rekord daha əvvəl Maykl Ouenə məxsus idi. Keçmiş ingilis hücumçu Liverpool-la 2000-01, 2001/02 və 2002/03 mövsümlərində 20-dən çox qol vurmuşdu.