10/03/2020
13:22
1972
| A A A
Manchester United-də yeni müqavilə

Manchester United 20 yaşlı oyunçusu Tahit Çonq ilə müqavilə yeniləyib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi.

Çonq Hollandiyanın U-21 millisinin üzvüdü. O, Manchester United akademiyasının yetirməsidi. 20 yaşlı futbolçu əsas komandada 14 oyun keçirib.

Qeyd edək ki, hollandiyalı oyunçu ilə Barcelona, Juventus və İnter-in maraqlandığı iddia edilirdi.