11/03/2020
10:48
4946
| A A A
Meyvezer Premyer Liqa klubunun sahibi ola bilər

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer İngiltərədən klub almağa hazırlaşır.

Goal.az xəbər verir ki, 43 yaşlı sabiq idmançı Premyer Liqa təmsilçisi Newcastle-ın səhmlərini almaq istəyir. Bu barədə Meyvezer TMZ-yə açıqlamasında deyib:

“ABŞ-da bu idman növünə sokker deyirik. Newcastle inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin”.

Meyvezer bundan əvvəl də Newcastle azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.