21/03/2020
15:15
1195
| A A A
West Bromwich-in futbolçusu da koronavirusa yoluxdu

West Bromwich-in futbolçusu Çarlz Ostinin koronavirus testi müsbət nəticə verib.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu ötən həftə Çeltnemdə at yarışı festivalı zamanı xəstəliyə yoluxduğunu bildirib.

Ostin həyat yoldaşı və 3 uşağını martın 14-dən görə bilməyib. O, həmin vaxt öz evində ailəsindən təcrid olunmuş vəziyyətdə imiş.

Təcrübəli forvard qızdırmasının 39,7 dərəcəyə qalxdığını və su içində olduğu söyləyib. "Mənə elə gəlirdi ki, kimsə başımdan bir vedrə su buraxmışdı. Büsbütün su içində idim" - deyən Ostin hazırda özünü bir qədər yaxşı hiss etdiyini açıqlayıb.