22/03/2020
15:26
2164
| A A A
Premyer Liqa klubundan stadion işçilərinə jest

Liverpool Enfild Roudda təkcə oyun günləri çalışan işçilərin məvaciblərini ödəməyə davam edəcək.

Goal.az xəbər verir ki, bu barədə İndependent nəşri məlumat yayıb.

Xəbərdə Liverpool-un yalnız oyun günləri çalışan stadion işçilərinin məvaciblərini aprelin 30-na qədər ödəyəcəyi bildirilib. Mersisayd təmsilçisinin məvacibləri aprelin 30-na qədər verəcəyi və bunun Liverpool-a 200-250 min funt-sterlinqə başa gələcəyi bildirilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə İngiltərədə bütün futbol yarışları aprelin 30-na qədər dayandırılıb.