28/03/2020
10:00
3416
| A A A
Premyer Liqanın bərpa müddəti uzadıldı - RƏSMİ

İngiltərə Premyer Liqasında mövsümün bərpası aprelin 30-dan tez mümkün olmayacaq.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, İngiltərə Futbol Liqası (EFL) və Peşəkar Futbolçular Dərnəyi (PFA) rəhbərlikləri ortaq iclas keçiriblər. Toplantıda yarıda dayandırılmış çempionatların aprelin 30-dan tez bərpa olunmaması barədə razılıq əldə olunub. Oyunlar yalnız “şərtlər əlverişli və güvənli olacağı” halda keçiriləcək.

Açıqlamada o da qeyd olunub ki, sözügedən qurumlar gələn həftə yenidən bir araya gələcək və mümkün variantlarla bağlı müzakirələr aparılacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5449 səs