19/05/2020
20:15
538
| A A A
İngiltərə klublarında koronavirusa 6 yoluxma halı qeydə alındı

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan testlərin nəticələri açıqlanıb.

Goal.az xəbər verir ki, 748 nəfərdən götürülən analizlərdən sonra 3 klubda virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Həmin şəxslərin adları açıqlanmayıb. Onlar 7 günlük karantində olacaqlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5988 səs