15/07/2020
10:48
2956
| A A A
Türkiyəli futbolçu sərt cəzalandırıldı

Leicester-in futbolçusu Çağlar Söyüncü İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən üç oyunluq cəzalandırılıb.

Goal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Premyer Liqanın son turunda Bournemouth-la oyunda etdiyi hərəkətə görə bu cəzaya məruz qalıb. 23 yaşlı müdafiəçi rəqib oyunçu qoldan sonra topu qapıdan götürmək istəyərkən onu təpiklə vurub. Buna görə futbolçu qırmızı vərəqə ilə meydandan qovulub.

Türk oyunçu bu cəza ilə Premyer Liqada mövsümü erkən bitirməli olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13154 səs