16/07/2020
12:24
1307
| A A A
Qvardioladan rekord göstərici

Manchester City-nin baş məşqçisi Pep Qvardiola yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, Premyer Liqanın 36-cı turunda Bournemouth-a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra buna nail olub. 49 yaşlı mütəxəssis liqada ilk 150 oyunda ən çox qələbə qazanan (111 qələbə) məşqçi olub. O, bununla da Joze Mourinyo (105), Yurgen Klopp (92), Aleks Fergüsson (90) və Kenni Dalqlişi (85) geridə qoyub.

Qeyd edək ki, Qvardiolanın komandası hazırda Premyer Liqada 75 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12660 səs