05/08/2020
17:23
1385
| A A A
Premyer Liqaya vəsiqə qazanan sonuncu klub müəyyənləşdi

İngiltərə Premyer Liqasına son vəsiqə uğrunda oynanılan Çempionşip pley-offunun final matçı keçirilib.

Goal.az xəbər verir ki, Uembli stadionunun ev sahibliyi etdiyi görüşdə Brantford və Fulham üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında hesab açılmadığından, əlavə vaxta ehtiyac yaranıb. Fulham Co Brayanın 105 və 117-ci dəqiqələrdəki qolları sayəsində qələbəni təmin edib. Henrik Dalsqorun oyunun sonlarında vurduğu qol təsəlli xarakteri daşıyıb.

Brantford - Fulham - 1:2

Qollar: Brayan (105, 117) - Dalsqor (120+3)

Beləliklə, Fulham birmövsümlük fasilədən sonra Premyer Liqaya qayıdıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19123 səs