14/08/2020
11:56
915
| A A A
İngiltərə kuboku ilə bağlı yeni qərar verildi

İngiltərə Kubokunun reqlamentində dəyişiklik edilib.

Goal.az xəbər verir ki, yeni qaydaya əsasən, 2020/2021 mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq.

Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək. Bu addım koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün atılıb.

Kubokun püşkatması sentyabrın 1-də olacaq. Final oyunu isə 2021-ci il mayın 15-də "Uembli" stadionunda keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19360 səs