25/10/2020
14:57
1903
| A A A
Manchester United-də 48 illik antirekord

İngiltərə Premyer Liqasının VI turunda Chelsea ilə ev oyunundakı qolsuz heç-heçə Manchester United üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, 2020/2021 mövsümündə doğma meydanda keçirdiyi ardıcıl 3-cü qarşılaşmada qələbə qazana bilməyən "qırmızı şeytanlar" 48 illik antirekordunu təkrarlayıb.

Mançester təmsilçisi sonuncu dəfə 1972/1973 mövsümündə bu cür uğursuzluqla üzləşib.

Qeyd edək ki, cari mövsümdə bundan əvvəl oynadığı 2 ev matçında Tottenham-ə 1:6 və Crystal Palace-a 1:3 hesabı ilə uduzan Manchester United hazırda 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs