17/01/2021
14:22
1979
| A A A
Manchester City Agüeroyla bağlı qərarını verdi

Manchester City futbolçusu Serxio Agüero ilə yeni müqavilə imzalamaya bilər.

Goal.az xəbər verir ki, İngiltərə təmsilçisi 32 yaşlı oyunçuya hazırkı maaşının yarısını qazanacağı yeni müqavilə təklif etməyə hazırdır. Argentinalı hücumçu hazırda həftəlik 250 min funt sterlinq qazanır.

Bildirilib ki, Manchester City Agüeronun yeni müqavilə təklifini qəbul etməyəcəyi variantını nəzərə alaraq onun əvəzləyicisini axtarmağa da davam edir.

Qeyd edək ki, Agüero bu mövsüm 9 matçda 2 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13579 səs