01/03/2021
11:14
1279
| A A A
Tottenham-in qapıçısından rekord

Tottenham-in qapıçısı Uqo Loris klub rekorduna imza atıb.

Goal.az xəbər verir ki, 35 yaşlı qolkiper buna ötən gün Premyer Liqanın 26-cı turunda Burnley ilə matçda (4:0) qol buraxmamaqla nail olub. Yerli çempionatda 285-ci oyununa çıxan Loris həmin görüşlərdən 100-də qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə Tottenham tarixi üçün ən yaxşı göstərici sayılır. Beləliklə, fransalı qapıçısı klub rekorduna imza atıb.

Premyer Liqada qapısını ən çox oyunda toxunulmaz saxlayan Chelsea-nin və Arsenal-ın sabiq qolkiperi Petr Çexdir. O, 202 matçda qol buramayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində Tottenham 39 xalla 8-ci pillədə qərarlaşır.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13782 səs