15/04/2021
15:15
1888
| A A A
Tottenham Mourinyonun əvəzləyicisini tapdı

Mauritsio Sarri yeni mövsümdə İngiltərədə çalışa bilər.

Goal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Tottenham-də baş məşqçi Joze Mourinyonu əvəzləyə bilər.

Tottenham-də mövsümün sonunda Mourinyo ilə yollar ayrılacağı halda, bu posta əsas namizədlərdən birinin Sarri olduğu bildirilir. Sarri İngiltərədə daha əvvəl Chelsea-ni çalışdırıb.

Mauritsio Sarri son olaraq Juventus-a baş məşqçilik edib. O, 2020-ci ilin yanvarından işsizdir.

Tottenham hazırda Premyer Liqada 7-ci sıradadır. London klubunda mövsümün sonunda baş məşqçi Mourinyonun istefaya göndəriləcəyi gözlənilir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs