17/04/2021
20:27
913
| A A A
Keyn Premyer Liqa tarixində 7-ci pilləyə yüksəldi

Tottenham İngiltərə Premyer Liqasının 32-ci turunda Everton-la qollu bərabərə qalıb – 2:2.

Goal.az xəbər verir ki, London təmsilçisinin hər iki qolunu vuran Harri Keyn, Premyer Liqa tarixində vurduğu qolların sayını 164-ə çatdırıb. O, bu göstəricidə Liverpool-un sabiq hücumçusu Robbi Fauleri keçərək, turnirin bombardirləri siyahısında 7-ci sıraya yüksəlib.

Premyer Liqa tarixinin bombardiri keçmiş hücumçu Alan Şirerdir – 260 qol.

Keyn bu mövsüm Premeyr Liqada 21 qolla bombardirdir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs