18/04/2021
10:40
1608
| A A A
Premyer Liqanı tərk edəcək ilk klub bilindi

İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Sheffield United-dir. Komanda 32-ci turda Wolverhampton-a 0:1 hesabı ilə uduzub. Sheffield United-in 32 Premyer Liqa oyunundan sonra 14 xalı var. Turnirin başa çatmasına 6 tur qalmış, komandanı növbəti mövsüm üçün liqada qalmağa imkan verən 17-ci sıradan 19 xal geri qalır.

Bu isə o deməkdir ki, Sheffield United çempionatı son üç pillədə birində başa vuracaq və Premyer Liqanı tərk edəcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11340 səs