20/04/2021
13:27
1210
| A A A
Fanatları Liverpool-u boykotla hədələdi - SƏBƏB

Liverpool-un fanatları klubun Avropa Superliqasına qoşulmağa qərar verməsindən hiddətləniblər.

Goal.az xəbər verir ki, "qırmızılar"ın azarkeşləri komandanın ev oyunlarını keçirdiyi "Enfild" stadionunun yaxınlığında etiraz bannerləri asıblar.

Tərəfdarlar bununla kifayətlənməyərək "Twitter"də klubun seçiminə qarşı sonadək mübarizə aparacaqlarını bildiriblər. "Spion Kop 1906" azarkeş birliyi belə bir bəyanat yayıb:

"İdarəçilər və səhm sahibləri, siz nə etmək istəyirsiz? Doğrudan klubun maraqlarını düşünürsüz, yoxsa yalnız bank hesabınızı? Fikrimizcə, buna məntiqəuyğun cavabınız yoxdur. İndi illər ərzində formalaşmış ənənələri nəzərə almaq və düzgün qərar vermək zamanıdır.

Tribunalardan öz bayraqlarımızı götürəcəyik. Maddi maraqlarını futboldan üstün tutan kluba azarkeşlik etmək istəmirik".

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11337 səs