21/04/2021
13:59
1178
| A A A
UEFA İngiltərə klublarına Super Liqadan çıxmaq üçün pul təklif edib?

İngiltərənin 6 klubunun Avropa Super Liqasından çıxdığını xəbər vermişdik.

Goal.az xəbər verir ki, UEFA, ingilis klublarına layihədən çıxdıqları üçün yaxşı pul təklif edib.

Bu barədə El Mundo Deportivo nəşri məlumat yayıb. Xəbərdə, UEFA-nın İngiltərə klublarına layihədən çıxmalarına görə onlara müəyyən məbləğdə pul verəcəyi bildirilib. Bu təklifin ingilis klublarının qərarında xüsusi rol oynadığı qeyd olunub.

Bu pul yalnız İngiltərə klublarına veriləcək. İspaniya və İtaliya klublarına belə bir təklifin gəlmədiyi bildirilir.(matc)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs