25/04/2021
14:11
1337
| A A A
Salah Liverpool-un tarixinə keçdi

Liverpool-un futbolçusu Məhəmməd Salah klub rekorduna imza atıb.

Goal.az xəbər verir ki, 28 yaşlı hücumçu buna hazırda davam edən Newcastle-la matçda fərqlənməklə nail olub. O, bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. Beləliklə, misirli oyunçu klubun yerli çempionatın 3 mövsümündə 20+ qol vurmağı bacaran ilk futbolçusu kimi tarixə düşüb.

İndiyədək ən yüksək göstərici Robbi Fauler və Luis Suarezə məxsus olub. Onlar 2 mövsümdə 20+ qol vurublar.

Qeyd edək ki, Salah 2017-ci ildən Liverpool-da çıxış edir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs