02/05/2021
22:37
3111
| A A A
Manchester United - Liverpool oyunu azarkeşlərə görə təxirə salındı

İngiltərə Premyer Liqasında XXXIV turun Manchester United - Liverpool oyunu təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə qərar təhlükəsizlik tədbirləri ilə əlaqədar qəbul edilib.

Bu gün yerli klubun fanatları rəhbərlikdən narazılıq əlaməti kimi Mançester şəhərində çaxnaşma törədiblər. Əvvəlcə azarkeşlər "Old Trafford" stadionu önündə aksiya keçiriblər, daha sonra onların bir hissəsi arenanın içərisinə soxulub.

Manchester United klubunun yaydığı açıqlamada bildirilir ki, polis, Premyer Liqa və "Old Trafford" stadionunun rəhbərliyi ilə müzakirələrdən sonra oyunun ertələnməsinin məqsədəuyğunluğu qənaətinə gəlinib. Hələlik matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, bu görüş İngiltərə çempionunun müəyyənləşməsi baxımından önəmli idi. Manchester United uduzsaydı, Manchester City sona 4 tur qalmış Premyer Liqanın qalibi adını qazanacaqdı.(report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10807 səs