07/05/2021
15:55
1824
| A A A
Premyer Liqada yeni mövsümün başlama tarixi bilindi

İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı müəyyənləşib.

Goal.az xəbər verir ki, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb. 2021/22 mövsümü avqustun 14-də başlayacaq. Turnirin 2022-ci il mayın 22-də başa çatdırılması planlaşdırılır.

Yarışın tam təqvimi isə iyunun 16-da açıqlanacaq.