12/05/2021
13:26
2239
| A A A
Chelsea Tuhellə yeni müqavilə imzalayır

Chelsea baş məşqçisi Tomas Tuhellə müqaviləni yeniləməyi planlaşdırır.

Goal.az xəbər verir ki, klub almaniyalı mütəxəssisin işindən razıdır. Tuhel özü də London təmsilçisində daha uzun müddət çalışmaq istəyir.

Bu ilin yanvar ayında Chelsea-yə baş məşqçi təyin edilən Tuhellə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Tuhelin komandası Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" mayın 29-da həlledici görüşdə Manchester City ilə qarşılaşacaq.