31/05/2021
15:37
1255
| A A A
Aquero Manchester City ilə vidalaşdı

Manchester City ilə yollarını ayıran Serxio Aquero “şəhərlilər”lə vidalaşıb.

Goal.az xəbər verir ki, bu barədə argentinalı hücumçu instaqram hesabında paylaşım edib:

“Komandam və uzun illər bu klubun şərəfini qoruduğum üçün qürurluyam. Manchester City əbədi olaraq ürəyimdə qalacaq”.

2011-ci ildən Manchester City-də çıxış edən Aquero “şəhərlilər”lə 5 dəfə Premyer Liqanın qalibi olub.

Aqueronun yaxın zamanda Barcelona ilə müqavilə imzalayacağı gözlənilir.