01/06/2021
19:40
1449
| A A A
İngiltərədə mövsümün oyunçusu adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün oyunçusu adına namizədlər müəyyənləşib.

Goal.az xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb. Bunlar Kevin de Brüyne, Ruben Diaş (hər ikisi Manchester City), Bruno Fernandeş (Manchester United), Cek Qriliş (Aston Villa), Harri Keyn (Tottenham), Meyson Mount (Chelsea), Məhəmməd Salah (Liverpool), Tomaş Souçekdir (West Ham).

Ruben Diaş daha əvvəl də Premyer Liqada mövsümün oyunçusu olub. O, De Brüyne və Keyni geridə qoyub.

Qeyd edək ki, 2020/21 mövsümündə Premyer Liqanın qalibi Manchester City olub. Yarışı Manchester United 2-ci, Liverpool isə 3-cü yerdə başa vurub.