02/06/2021
11:54
1206
| A A A
Manchester United-də ayın ən yaxşısı seçildi

Manchester United-də may ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, klubun saytında keçirilən səsvermədə Edinson Kavani 1-ci olub. Uruqvaylı hücumçu səslərin 76 faizini toplayıb. Meyson Qrinvud 2-ci (14 faiz), Skott Maktominey (10 faiz) 3-cü olub.

Qeyd edək ki, Kavani ötən ay bütün turnirlərdə 6 oyunda 5 qol vurub.