02/06/2021
19:28
2571
| A A A
İngiltərədə mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc oyunçusu adına namizədlər açıqlanıb.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 6 futbolçu yer alıb. Bunlar Bukayo Saka (Arsenal), Deklan Rays (West Ham), Meyson Qrinvud (Manchester United), Meyson Mount (Chelsea), Fil Foden (Manchester United) və Trent-Aleksandr Arnolddur (Liverpool).

Qeyd edək ki, Premyer Liqanın 2020/21 mövsümün qalibi Manchester City, bombardiri isə Tottenham-dən Harri Keyn olub.