03/06/2021
19:30
4258
| A A A
Arsenal-da 4 ayrılıq — RƏSMİ

Arsenal 4 futbolçusu ilə yolları ayırıb.

Goal.az xəbər verir ki, bunlar qapıçı Metyu Rayan, müdafiəçi David Luis, həmçinin komandada icarə əsasında çıxış edən Daniel Sebalyosla Martin Odeqarddır. Sonuncular müqavilə ilə məxsus olduqları Real-a qayıdıblar. David Luislə Metyu Rayanın isə başa çatan sözləşməsi yenilənməyib.

Qeyd edək ki, son mövsümü 8-ci pillədə başa vuran "topçular" avrokuboklara vəsiqə qazana bilməyib.