04/06/2021
16:56
1603
| A A A
İngiltərə superkubokunun keçirilmə tarixi bilindi

İngiltərə superkubokunun keçirilmə vaxtı məlum olub.

Goal.az xəbər verir ki, Manchester City ilə Leicester City arasında Uembli stadionunda oynanılacaq qarşılaşma avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, Manchester City İngiltərə Premyer Liqasının, Leicester City isə ölkə kubokunun qalibi olub.