05/06/2021
11:23
2306
| A A A
Pirlo Premyer Liqa klubunu çalışdıra bilər

Juventus-un sabiq baş məşqçisi Andrea Pirlo İngiltərədə işləyə bilər.

Goal.az xəbər verir ki, Everton italiyalı mütəxəssislə maraqlanır. Premyer Liqa təmsilçisi artıq mümkün əməkdaşlıqla bağlı Pirlo ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2020/2021 mövsümündə Juventus-un baş məşqçisi olub.