05/06/2021
11:55
1273
| A A A
Chelsea Silvayla bağlı qərarını verdi - RƏSMİ

Chelsea Tiaqo Silva ilə müqavilənin müddətini uzadıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə müqavilənin daha bir mövsüm uzadılması seçimi aktivləşdirilib.

Qeyd edək ki, Silva ötən ilin avqustundan London təmsilçisində çıxış edir. O, 2020/2021 mövsümündə meydana çıxdığı 34 matçda 2 qol vurub.