05/06/2021
15:26
1971
| A A A
Bernardu Silva Manchester City-dən ayrıla bilər

Bernardu Silva Manchester City-ni tərk edə bilər.

Goal.az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Mənbə "şəhərlilər"in transfer qiyməti 70 milyon avro olan yarımmüdafiəçini sataraq nominal forvard almağı hədəflədiyini açıqlayıb. Serxio Aquero ilə müqavilə yeniləməyən və onun Barcelona-ya keçməsinə problem yaratmayan İngiltərə təmsilçisinin ulduz hücumçu axtarışında olduğu vurğulanıb.

Silva bu mövsüm MC formasıyla bütün turnirlər daxil olmaqla, 45 matça çıxıb, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat)