05/06/2021
16:50
1190
| A A A
Premyer Liqada mövsümün futbolçusu müəyyənləşdi

İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Manchester City-nin müdafiəçisi Ruben Diaş 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Bu mükafata digər namizədlər Kevin de Brüyne ( "Mançester Siti" ), Brunu Fernandeş (Manchester United), Cek Qriliş (Aston Villa), Harri Keyn (Tottenham), Meyson Mount (Chelsea), Məhəmməd Salah (Liverpool) və Tomaş Souçek (West Ham) idi.

Xatırladaq ki, portuqaliyalı oyunçu ötən il Benfica-dan Manchester City-yə transfer olunub. 24 yaşlı müdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasının 31 matçında iştirak edib.