05/06/2021
20:42
908
| A A A
De Brüyne əməliyyat olundu

Manchester City-nin futbolçusu Kevin de Brüyne əməliyyat olunub.

Qol.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. O, bazarertəsi günü millinin düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, Belçika yığması 12 iyun Avro-2020-nin qrup mərhələsinin ilk matçında Rusiya ilə qarşılaşacaq. Daha sonra milli Danimarka (17 iyun) və Finlandiya (21 iyun) ilə üz-üzə gələcək.