06/06/2021
13:35
739
| A A A
Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu seçildi

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, Manchester City-nin yarımmüdafiəçisi Fil Foden geridə qalan mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

21 yaşlı futbolçu son mövsümdə Premyer Liqada 28 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu da Manchester City-dən olub. İspan mütəxəssis Xosep Qvardiola və müdafiəçi Ruben Dias mövsümün ən yaxşıları adına layiq görülüb.