07/06/2021
13:28
992
| A A A
De Brüyne mövsümün futbolçusu seçildi

İngiltərə Peşəkar Futbol Birliyi Premyer Liqada 2020/21 mövsümünün ən yaxşı oyunçusunu müəyyənləşdirib.

Goal.az xəbər verir ki, bu ada Manchester City-nin futbolçusu Kevin de Brüyne layiq görülüb. O, İlkay Gündoğan, Fil Foden, Ruben Dias (hamısı Manchester City), Harri Keyn (Tottenham), Bruno Fernandeşi (Manchester United) geridə qoyub.

De Brüyne ötən mövsüm Manchester City ilə bütün turnirlər daxil olmaqla 40 oyunda 10 qol vurub, 18 məhsuldar ötürmə edib.

Mövsümün ən yaxşı gənc oyunçusu adına isə Fil Foden layiq görülüb.