08/06/2021
13:24
2017
| A A A
Juventus-dan Tottenham-ə

Juventus-dan ayrılan Fabio Paratiçi İngiltərənin Tottenham klubunda idman direktoru vəzifəsinə təyin olunacaq.

Goal.az xəbər verir ki, Paratiçinin təyinatının yaxın zamanda açıqlanacağı bildirilir.

Paratiçi 2010-cu ildən Juventus-da idman direktoru vəzifəsində çalışırdı. O, mayın 26-da “qoca sinyora”dan ayrılıb.