09/06/2021
13:58
1514
| A A A
Wolverhampton-un yeni baş məşqçisi bilindi

Wolverhampton klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, komandanı Bruno Laje çalışdıracaq.

Portuqaliyalı mütəxəssis bu vəzifədə həmyerlisi Nunu Eşpritonu əvəzləyib. 45 yaşlı çalışdırcı yaxın günlərdə işinə başlayacaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Bruno Lajenin çalışdırdığı son komanda Benfica olub.