14/06/2021
21:40
1273
| A A A
Liverpool-da yeni müqavilə

Liverpool qapıçısı Adrianla yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Adrian 2019-cu ildə West Ham-dən Mersisayd təmsilçisinə transfer olunub. 34 yaşlı qolkiper ötən mövsüm 6 matçda meydana çıxıb.