06/09/2021
16:26
808
| A A A
Manchester City-nin üzvü koronavirusa yoluxub

Manchester City-nin futbolçusu Zakari Steffen koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, ABŞ yığmasının düşərgəsində olan 26 yaşlı qapıçının koronavirus testi müsbət çıxıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Steffen bu mövsüm Manchester City ilə rəsmi oyuna çıxmayıb.