18/09/2021
12:57
2353
| A A A
Manchester United ulduz futbolçusuyla yeni müqavilə imzalayacaq

Manchçester United yarımmüdafiəçisi Bruno Fernandes ilə yeni müqavilə imzalamağa çox yaxındır.

Goal.az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

Xəbərə görə, yeni müqavilə imzalanacağı təqdirdə futbolçunun həftəlik məvacibi 250 000 funtdan çox artacaq.

Sözləşmə 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, 27 yaşlı portuqaliyalı 2020-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edir.