14/10/2021
17:24
1752
| A A A
Manchester City Fodenlə bağlı qərarını verdi

Manchester City-nin yarımmüdafiəçisi Fil Foden klubuyla yeni müqavilə imzalamağa yaxındır.

Goal.az xəbər verir ki, tərəflər 6 illik anlaşma ətrafında müzakirələr aparır.

Mənbə İngiltərə millisinin 21 yaşlı üzvünün klubunu dəyişmək niyyətində olmadığını da qabardıb.

Cari mövsümün əvvəlini zədə üzündən boşa verən Fodenin Mançester təmsilçisiylə olan indiki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir.(fanat)