18/10/2021
12:22
2063
| A A A
Newcastle United-in transfer büdcəsi bilindi

Britaniyanın nüfuzlu nəşri "The Telegraph" Newcastle United-in qış transfer pəncərəsindəki perspektivləri haqda məlumat dərc edib.

Goal.az mənbənin məlumatına istinadən xəbər verir ki, Newcastle United maliyyə feyr-pley qaydalarına əsasən, yanvar ayında oyunçulara sərmayə qoymağa icazə verilən 225 milyon avronun yalnız bir hissəsini xərcləyəcək. Klub rəhbərləri, qış "transfer pəncərəsi" üçün cəmi 59 milyon avro büdcə ayırıblar.

Qeyd edək ki, klubun hələlik idman direktoru və icraçı direktoru yoxdur.(fanat)