24/10/2021
23:08
1898
| A A A
“Qələbəni pivə içərək qeyd edəcəyik” - Klopp

Liverpool Premyer Liqanın 9-cu turunda Manchester United-i səfərdə məğlub edib (0:5).

Goal.az xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yurgen Klopp oyundan sonra keçirilən mətbuat konfrasında oyunun hesabına təəccübləndiyini gizlətməyib:

“Nə deyə bilərəm? Matçın bu hesabla bitəcəyini gözləmirdim. Hücumçularımın etdikləri inanılmaz idi. Yüksək pressinq tətbiq etdilər, təkbətək mübarizələrdə qalib gəldilər, hava toplarını qazandılar və ən əsası baxımlı qollar vurdular.

Oyunun nəticəsi inanılmazdı. Futbolçularıma yazacağım kitabıma yeni səhifələr əlavə etdikləri üçün minnətdaram.

Qələbəyə görə çox sevincliyəm, lakin rəqib hörmətə layiq komanda olduğu üçün meydanda özümü sakit aparmağa çalışdım. Qələbəni evə qayıdarkən yolüstü pivə içərək qeyd edəcəyik.