Salahın durumuna aydınlıq gəldi
Chelsea-yə qarşı Federasiya Kubokunun final matçında zədələnən Liverpool-un futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.
Goal.az xəbər verir ki, misirli forvardın vəziyyəti qənaətbəxşdir. Bu barədə Salah özü Liverpool Echo nəşrinə açıqlamasında bildirib. O, zədəsinin ciddi olmadığını deyib.
Salah Çempionlar Liqasının finalında Real Madrid-ə qarşı keçiriləcək matçda iştirak edə biləcək.
Qeyd edək ki, 0-0 hesabıyla yekunlaşan matçın penaltilər (6-5) seriyasında qələbə qazanan Liverpool kuboku qazanıb.