09/09/2022
23:48
1731
| A A A
15 milyon təzminat, 60 milyon funt-sterlinq maaş

Chelsea-nin yeni baş məşqçisi Qrem Potterin nə qədər qazanacağı məlum olub.

Goal.az xəbər verir ki, 47 yaşlı baş məşqçi London klubu ilə müqavilə əsasında 60 milyon funt-sterlinq alacaq. “Zadəganlar” Potterin gedişinə görə əvvəlki klubu Brighton-a 15 milyon funt-sterlinq ödəyib.

Chelsea rəhbərliyi baş məşqçini idman direktoru axtarışına da cəlb edəcək. Londonlular 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı başlamazdan əvvəl idman direktoru tapmaq istəyirlər ki, qış transfer pəncərəsinə hazırlaşmaq üçün vaxtları olsun.

Sentyabrın 8-də Chelsea Potterlə 5 illik müqavilə imzaladığını açıqlayıb. (matc)